Rusiyada 5 bal gücündə zəlzələ baş verib

Rusiyada 5 bal gücündə zəlzələ baş verib

Dağıntı, tələfat və sunami təhlükəsi yoxdur
 
Oxot dənizində, Saxalin sahillərində 5 bal gücündə zəlzələ baş verib.
 
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, zəlzələnin episentri Oxot dənizində, 490 kilometr dərinlikdə yerləşib.
 
Zəlzələ yaşayış məntəqələrində hiss edilməyib.
 
Dağıntı, tələfat və sunami təhlükəsi yoxdur. /

Google+ WhatsApp ok.ru