Dehlidə hava çirklənməsinə görə məktəblər 3 gün bağlanıb

Dehlidə hava çirklənməsinə görə məktəblər 3 gün bağlanıb

Hindistanın Dehli şəhərində intensiv hava çirklənməsinə görə məktəblər 3 gün ərzində tətil edilib.
 
Maide.Az xəbər verir ki, Dehli ştatının baş naziri Arvind Kejriwal bildirib ki, bazar günü fövqəladə nazirlər kabineti toplantısından sonra məktəblərin tətil edilib. İntensiv hava çirkliliyi ilə mübarizə aparmaq üçün tədbirlərimiz davam edir.
 
Tədbirlər, şəhərdəki bütün tikinti və dağıntı işlərinin 5 gün müddətinə dayandırılması, əsas yollara su səpilərək tozların havaya qarışmasının qarşısının alınması, Badarpur kömür stansiyasının 10 günlüyünə bağlanması və zibilliklərdə yanğınlarla mübarizə kimi işlər ehtiva edir.
 
Arvind Kejriwal, şəhər sakinlərini zərurət olmadıqca evdən çıxmamaları barədə xəbərdar edib.
 
Qeyd edək ki, hava çirklənməsinə görə, ötən həftə Dehlidə görüntü məsafəsi 200 metrə qədər enmişdi. /
 

Google+ WhatsApp ok.ru