Rusiyada binada yanğın nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb

Rusiyanın Yaroslavl vilayətinin Pesoçnoye qəsəbəsində yaşayış binasında baş vermiş yanğın nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğın 24 mənzilli ikimərtəbəli taxta binada baş verib. Yanğının söndürülməsinə 11 yanğınsöndürmə briqadası, 35 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.  
 
Yanğının baş vermə səbəbləri araşdırılır. /
 

Google+ WhatsApp ok.ru