Sabirabadda ev, Şirvanda maşın yanıb 03 Yanvar 2016 02:00 Hadisə Sabirabadda evdə yanğın olub. Maide.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Sabirabad rayonu, Yolçubəyli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Şirvan şəhərində vətəndaşa məxsus “Daewoo” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb./ Teqlər : #Sabirabadda ev,#Şirvanda maşın yanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada binada yanğın nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb Bakıda görünməmiş olay: 83 yaşlı qadın oğlunu bıçaqladı