Rusiyada halal poliklinika açılacaq

Rusiyada halal poliklinika açılacaq

Rusiyanın Tatarstan Muxtar Respublikasında  yaradılacaq mərkəz, şəriət tələbləri prinsipi üzrə müsəlmanlara xidmət göstərəcək.
 
Mərkəz şəriət tələbləri prinsipi üzrə müsəlmanlara xidmət göstərəcək.
 
Tatarıstan dünyada bir ilkə imza atır. Ölkədə yaxın vaxtlarda halal poliklinika və sanatoriya açılacaq. Artıq bunun üçün lazım olan məbləğ və yer də ayrılıb.
 
Halal poliklinika və sanatoriya haqqında məlumat verən "Tatarıstan respublikasının vəqf" fondunun rəhbəri Rüstəm Həbibullin deyib ki, "Qusmaniya" adlanacaq poliklinika şəriət tələbləri prinsipi üzrə müsəlmanlara xidmət göstərəcək.
 
Açılacaq tibb müəssisəsində laborator tədqiqatlar, ümumi amblator müalicə və eləcə də kosmetoloji xidmətlərin olması planlaşdırılır. Klinikada uşaq şöbəsinin də fəaliyyət göstərməsi nəzərdə tutulur. 
 
Rüstəm Həbibullin gələcək klinikasının ünvanı və onun tikilişi üçün lazım olan məbləği də açıqlayıb. Onun sözlərinə görə, poliklinika Tukaya küçəsi, ev 3a ünvanında tikiləcək və ona 6,7 milyon dollar xərclənəcək.
 
"Hazırda ərazidə binanın tikintisi üçün hazırlıq işləri gedir. Oraya lazımı tikinti materialları gətirilir. Mərkəz ən müasir texnika və avadanlıqlarla təchiz olunacaq", - deyə fondun rəhbəri bildirib. 
 
Rüstəm Həbibullinin sözlərinə görə, paralel olaraq Versneuslonsk rayonunda müsəlmanlar üçün sanatoriyanın tikintisinə başlanılacaq. Onun əsas xüsusiyyəti qadın və kişilər üçün bölmələr ayrı olacaq. (anspress)

Google+ WhatsApp ok.ru