Bağdaddakı partlayışda həlak olanların sayı  25 nəfərə çatıb

Bağdaddakı partlayışda həlak olanların sayı 25 nəfərə çatıb

İraqda  Bağdadın şimalında Raşidiyyə bölgəsində baş verən partlayışda  ölənlərin sayı 25 nəfərə çatıb. 
 
Maide.Az xəbər verir ki,  partlayış bazarda  baş verib. Partlayış nəticəsində onlarla insanın yaralandığı bildirilir. 
 
Xatırladaq ki,  iyulun 3-də İŞİD intiharçıları paytaxtın Əl-Karrada rayonunda ikiqat terror həyata keçirmişdi. O zaman  dəhşətli partlayış nəticəsində 290 nəfərdən çox insan həlak olmuş, yüzlərlə insan yaralanmışdı. Bu terror hücumu  2003-cü ildən indiyədək İraqda baş vermiş ən qanlı hadisə idi. İraqın DİN rəhbəri bu terrordan sonra istefa vermişdi.
 

Google+ WhatsApp ok.ru