Rusiyada helikopter sərt eniş edib, ölənlər var 26 May 2020 08:49 Dünya Rusiyada helikopter sərt eniş edib. Məlumata görə, hadisə Çukotka Muxtar Dairəsindəki hava limanında qeydə alınıb. Mi-8 helikopterinin sərt eniş etməsi nəticəsində bir neçə nəfər həlak olub. "Dörd nəfər həlak olub. İlkin məlumata görə, helikopterin düşməsinə texniki nasazlıqlar səbəb oldu", - müsahib agentliyə deyib. Çukotkanın Anadır rayonunun başçısı Sergey Savçenkonun məlumatına görə, fövqəladə hadisə təmirdən sonra keçirilən sınaqlar zamanı baş verib. Helikopter yerə düşəndən sonra yanıb. RİA "Novosti" isə bildirib ki, helikopterin "qara qutu"ları qəza yerində tapılıb. Qeyd edək ki, bu, son günlər Rusiyada baş verən ikinci helikopter qəzasıdır. Mayın 19-da Rusiya Kosmik Hava Qüvvələrinə məxsus Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. /Report Teqlər : #helikopter,#rusiya,#qəza, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Roqozin: Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək Səudiyyə Ərəbistanı İraqa minlərlə terrorçu göndərib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO