Səudiyyə Ərəbistanı İraqa minlərlə terrorçu göndərib 26 May 2020 09:13 Dünya Liviyanın devrilmiş lideri Müəmmar Qəddafi ilə Omanın xarici işlər naziri Yusuf Bin Alevi arasındakı telefon danışığının səs yazısında Səudiyyə Ərəbistanının İraqa 4000 terrorçunu göndərdiyi açıqlanıb. Maide.Az "parstoday"a istinadla xəbər verir ki, səs yazısına görə, bu terrorçuların, ehtimal ki, 2004-2007-ci illərdə İraqa göndərildiyi başa düşülür. Səs yazısına əsasən, Müəmmar Qəddafi Omanın xarici işlər nazirinə ABŞ-ın Səudiyyə Ərəbistanının hakim ailəsindən xilas olmaq üçün çalışdığını söyləyib. Bu səs yazının yayımlanmasından sonra İraqlı istifadəçilər sosial mediada Səudiyyə rejiminə qarşı çox sayda paylaşımlar edərək Səudiyyə rejimindən bu iddialara cavab vermələrini tələb edib. İraq Hizbullah Briqadasının hərbi sözçüsü və komandiri Əbu Əli Əl-Hərbi Riyad rəhbərliyinin cavab verməli olduğunu bildirib. Teqlər : #Səudiyyə,#Ərəbistanı,#İraqa,#minlərlə,#terrorçu,#göndərib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada helikopter sərt eniş edib, ölənlər var İspaniyada tibb işçilərinin etiraz aksiyası
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO