Rusiyadan Amerikaya xəbərdarlıq

Maide.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç Amerikanın Rusiya əleyhinə yeni qəbul etdiyi qətnaməyə işarə vuraraq, Moskvanın düşmənçilik cəhdlərinə səssiz qalmayacağını bildirib. Rus səlahiyyətli Rusiyanın indiki prosesdən gec-tez çıxacağını, amma Amerikanın etdiklərinin əvəzini Rusiya tərəfindən alacağı xəbərdarlığını edib.
 
Bu arada ABŞ prezidenti Barak Obama verdiyi açıqlamada, Rusiya Federasiyasına daxil olan Kırımla hər cür iqtisadi əlaqəni qadağan etdiyini bildirərək, yarımadaya iqtisadi embarqo tətbiq edəcəyini açıqlayıb.
 
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə dünən verdiyi bəyanatda, "Milli mənafelərimizi müdafiə etməyə yönəlik davam etdirdiyimiz fəaliyyətlərə görə bir sıra yersiz reaksiyalarla qarşı-qarşıya qalırıq. Ancaq bütün bunlara baxmayaraq, birlikdə və sakit şəkildə işləməyə davam etməliyik. Həmçinin, ölkəmizin müdafiə və təhlükəsizlik sahələrində ehtiyaclarını ödəməyə yönəlmiş fəaliyyətləri ardıcıl olaraq tamamlamalıyıq", - deyib.

Google+ WhatsApp ok.ru