Rusiyadan o ölkəyə ağır zərbə

ABŞ və Avropanın sanksiyaları Rusiya üzərində təzyiq yaratdığı bir vaxtda Vladimir Putin də əks sanksiyalara daha birni əlavə edib. 
 
Maide.az xəbər verir ki, Rusiya Polşa da daxil olmaqla sanksiyaları dəstəkləyən bir çox ölkədən meyvə idxalını qadağan edib. Polşa Rusiyanın Ukraynada atdığı addımları ciddi şəkildə tənqid etmişdi.
 
Beynəlxalq Ticarət Mərkəzinə görə qadağa ötən il Rusiyaya 380 milyon dollardan çox mal ixrac edən və dünyanın ən böyük alma idxalçısı olan Polşaya təsir edib.
 
"Reuters"in yazdığına görə, Polşada alma istehsalçıları bu vəziyyətdən narahat olduqları bir vaxtda, qadağa Rusiya prezidenti Vladimir Putinin köhnə bir dostu üçün fürsət olub. Rusiyanın Polşadan alma idxalını qadağan etmək qərarı verməsindən bir gün sonra neft ticarəti ilə sərvət əldə edən Gennadi Timşenko Rusiyanın ən böyük alma istehsalçılarından birinin əksəriyyət səhmlərini satın almaq təklifi edib.
 
Timşenkonun investisiya şirkəti olan "Volqa Group" artıq Rusiyanın cənubundakı Krasnodar bölgəsində meyvə bağları olan "Alma Holdinq"in faiz 40 səhminə sahibdir.
 
Timşenko açıqlama tələblərini cavabsız qoyduğu bir vaxtda, "Volqa Group"dan "Reuters"ə bildiriblər ki, "Alma Rusiyada istehlak edilən bir nömrəli meyvədir. Rusiya dünyanın ən böyük alma idxalçısıdır və tələbin yarısından azı ölkədə istehsal olunur. Bu, şirkət üçün yaxşı bir fürsətdir".

Google+ WhatsApp ok.ru