Rusiyadan Qırğızıstana hərbi dəstək

Rusiya iki ölkə arasında aparılan razılaşma çərçivəsində Qırğızıstana hərbi yardım göstərib.
 
Maide.az xəbər verir ki, tam təchizatlı 10 zirehli maşın və xeyli sayda hərbi avadanlıqdan ibarət yardım Rusiyadan Antonov-124-100 tipli uzaqmənzilli yük təyyarəsi ilə Qırğızıstana gəlib.
 
Hərbi yardım paytaxt Bişkekdə Manas Beynəlxalq Hava Limanında Qırğızıstan Silahlı Qüvvələri rəsmilərinə təslim edilərkən, Qırğızıstan ilə Rusiya arasında aparılan razılaşma çərçivəsində bundan sonra da Qırğızıstana hərbi dəstəyin davam edəcəyi bildirilib.
 
Rusiya daha əvvəl Qırğızıstana 500 ton ağır silah, tank və hərbi texniki təchizat sözü vermişdi.
 
Qırğızıstan hökuməti ordunun modernləşməsi və müdafiəsini gücləndirmək üçün 2014-ci ildə yardım istəmiş, Rusiya bu ölkəyə 1 milyard 100 milyon dollar dəyərində yardım sözü vermişdi.

Google+ WhatsApp ok.ru