Rusiyada parlament seçkiləri keçirilir (Yenilənib)

Rusiyada parlament seçkiləri keçirilir (Yenilənib)

Bu gün Rusiyada parlament və yerli hakimiyyət orqanlarına seçkiləri keçirilir.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 7-ci çağırış Dövlət Dumasına seçkilərlə əlaqədar yerli vaxtla saat 08.00-da Moskva regionunda 7 mindən çox seçki məntəqəsi açılıb.
 
Moskva ilə bərabər saat 08.00-da Mərkəzi federal dairələrdə də seçki məntəqələri açılıb. Seçki prosesi yerli vaxtla saat 20.00-da başa çatacaq. 
 
 
****
 
Rusiya Federasiyasının prezidenti Vladimir Putin səs verib.
 
Vladimir Putin bu gün Rusiyada keçirilən vahid seçkilər günü çərçivəsində səsvermədə iştirak edib.
 
Dövlət başçısı qeydiyyatda olduğunu Lenin prospektindəki Rusiya Elmlər Akademiyasının binasında yerləşən 2151 saylı seçki məntəqəsinə gələrək səsvermə prosesinə qatılıb. V. Putin seçki komissiyasının üzvləri ilə görüşərək pasportunu təqdim edib və seçki bülliteni alaraq səsvermə kabinasına keçib. Daha sonra dövlət başçısı bülliteni səsvermə qutusuna atıb. 
 
Rusiya prezidenti jurnalistlərə açıqlamasında seçki gününü işdə keçirəcəyini söyləyib. Jurnalistlərin kimə səs verməsi ilə bağlı sualına V. Putin belə cavab verib:
"Bəyəm bilmirsiz kimə səs verəcəm?"".
 
 
***
 
Azərbaycanda yaşayan Rusiya vətəndaşları Dövlət Dumasına seçkilərdə səs verirlər
 
Rusiya səfiri səsvermələrin keçirilməsində və təhlükəsizliyin təminatına görə Azərbaycana təşəkkür edib
Azərbaycanda yaşayan Rusiya vətəndaşları bu gün Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə səs verirlər.
Rusiya Federasiyasının dünyanın 145 ölkəsindəki diplomatik missiyasında 371 seçki məntəqəsi yaradılıb.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyindəki seçki məntəqəsində səfir Vladimir Doroxin də səs verib.
Səfir səsvermələrin keçirilməsində və Rusiya səfirliyində seçkilərin təhlükəsizliyin təmin olunmasında göstərdiyi köməyə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycanda daimi yaşayan və ya bura müvəqqəti gələn Rusiya vətəndaşları Bakıxanov küçəsində, səfirliyin Bakıdakı konsul bölməsinin binasındakı 8017 saylı seçki məntəqəsindəki səsvermədə iştirak edə bilərlər.
Seçki məntəqəsi saat 8.00-dan 20:00-dək fəaliyyət göstərəcək. (report) /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru