Rusiyada qadağan olunacaq türk mallarının siyahısı

Moskvanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların tam siyahısı dekabrın 1-dək dərc olunacaq. Buna baxmayaraq, Rus KİV-lərin əlinə ilk növbədə Rusiyaya girişi qadağan ediləcək türk məhsullarının siyahısı düşüb.
 
Trend xəbər verir ki, “İzvestiya” qəzetinə bu siyahını Kənd Təsərrüfatı Nazirliyindəki mənbə verib.
 
Bu informasiyadan belə məlum olur ki, Türkiyəyə qarşı iqtisadi sanksiyalar ABŞ və Avropa İttifaqına tətbiq edilən embarqo ilə eyni olacaq. Hökumət Türkiyədən, əsasən müxtəlif növ ət və toyuq, süd və ağartı, balıq və dəniz məhsulları, fındıq və qoz, meyvə-tərəvəz, həmçinin göyərti idxalına qadağa qoymaq niyyətindədir. /
 

Google+ WhatsApp ok.ru