ABŞ müsəlmanları “terrorizmə yox” mitinqi keçiriblər

İdaho əyalətinin Boise şəhər müsəlmanları hər il sülh, qardaşlıq və dinc yanaşı yanaşmaq mesajlarını çatdırmaq üçün mitinqdə iştirak edirlər və yürüşün sonunda İmam Hüseyn (ə) İslam Mərkəzində toplaşırlar.
 
Tədbirin təşkilatçıları bildirirlər ki, bu il Parisdə və dünyanın digər nögtələrində terror aktlarının törədilməsini nəzərə alaraq, bu tədbir dünən 29 noyabrda terrora yox və ekstremizmlə mübarizəni vurğulayaraq keçirilib.
 
300 nəfərədək insan kəskin soyuq şəraitinə baxmayaraq, mitinqdə iştirak edib. Onlar Merrison parkı ilə İmam Hüseyn (ə) İslam Mərkəzinin arasındakı məsafəni piyada qət edərək, əllərində terrorist qruplaşmalarına qarşı plakatlarla, şüar səsləndirirdilər.
 
Mitinqin keçirildiyi bir vaxtda, Idaho əyaləti, eləcədə ABŞ-ın digər bölgələrindən olan siyasətçilər bu yaxınlarda suriyalı müsəlman qaçqınların ölkəyə buraxılmasının dayandırılmasını tələb edərək, öz  tələblərini bununla əsaslandırırdılar ki, bu insanların ölkəyə girişi, yəni terror aktlarına qapı açmaq mənası daşıyır!
 
Hüquq Müdafiə Təşkilatları isə bu tələbi insan hüquqlarının əsas prinsiplərinə və altruizmə zidd olduğu qənaətindədirlər./

Google+ WhatsApp ok.ru