Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

Rusiyanın Tulskaya vilayətində "Moskva-Belqorod" reysi üzrə hərəkət edən sərnişin avtobusu yük maşını ilə toqquşub.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə  Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən bildiriblər.
 
İdarədən bildirilib: "Qəza yanvarın 3-ü Moskva vaxtı ilə saat 00:15-də M-4 avtomobil yolunun 212-ci kilometrində baş verib. "Moskva-Belqorod" reysi üzrə hərəkət edən avtobus eyni istiqamətdə olan yük maşını ilə toqquşub. Qəza nəticəsində avtobusun 7 sərnişini xəsarət alıb, onlar Uzlovski rayonunun xəstəxanasına çatdırılıblar. Onlardan 6-si xəstəxanaya yerləşdirilib, 1-i isə ambulator şəraitdə müalicəyə buraxılıb. Xəsarət alanların vəziyyəti dəqiqləşdirilib, onlar arasında uşaq yoxdur".
 
Uzlovski rayonunun mərkəzi xəstəxanasından "TASS"a bildiriblər ki, xəsarət alanlardan birinin vəziyyəti ağırdır: "Bir qadın ağır xəsarətlər alıb, onun vəziyyəti ağırdır, digər xəstəxanaya yerləşdirilənlərin vəziyyəti orta-ağır kimi qiymətləndirilir".
 
Mətbuat xidmətindən qeyd ediblər ki, ümumilikdə avtobusda 54 nəfər olub: "Sərnişinlər başqa avtobusda yollarına davam ediblər. Qəzanın təfərrüatları araşdırılır. Hadisə yerində Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşları işləyir".
 

Google+ WhatsApp ok.ru