Rusiyada İslam bankçılığı tətbiq olunacaq

Rusiya Dövlət Duması İslam bankçılığını tətbiq etmək niyyətindədir.
Maide.az "Rusiyanın Səsi" internet portalına istinadən xəbər verir ki, Rusiya Dövlət Duması Maliyyə Bazarları Komitəsinin sədr əvəzi Dmitri Savelyev bildirib: Rusiyanın Tatarıstan Respublikası Malayziyanın yardımı ilə İslam Bankçılığından istifadəyə maraq göstərib və buna görə bu formul tətbiq oluna bilər.
D.Savelyev deyib ki, Rusiya Dövlət Dumasının Maliyyə Bazarları komitəsi İslam Bankçılığı nəzəriyyəsindən istifadə məqsədilə islahatlar hazırlayır.
Qeyd edək ki, Rusiyanın Mərkəzi Bankı da bu ölkədə İslam Bankçılığı nəzəriyyəsindən istifadənin mümkünlüyünü müsbət qarşılayıb. Bu gün Malayziya, İran, Bəhreyn, BƏƏ, Qatar, ABŞ, Böyük Britaniya, və s. kimi ölkələrdə İslam kapital bazarlarının və İslam maliyyə institutlarının sürətli artımı müşahidə olunur. Həmçinin, ənənəvi qərb bankları və maliyyə institutları, məsələn, Citibank N.A, Barclays və Deutsche Bank islam məhsullarını müvəffəqiyyətlə tətbiq edir. Bundan başqa, İslam bankçılığının 2007-2010-cu illər ərzində müşahidə olunan ümumdünya maliyyə böhranının təsirlərinə davam gətirməsi onun sonrakı inkişafı üçün münbit şərait yaradır./

Google+ WhatsApp ok.ru