Ali Liderin səhhəti ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir

"Ali Lider Ayətullah Seyyid Əli Xamenenin səhhətində heç bir problem yoxdur və bəzi KİV-lərdə yayımlanan xəbərlər həqiqəti əks etdirmir”.

Maide.az-ın etibarlı diplomatik mənbədən əldə etdiyi məlumata görə,Ayətullah Xameneinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlar dezinformasiyadır.

Qeyd edək ki, bu gün mətbuatda Ali Lider Ayətullah Xameneinin səhhətində problemlərin yarandığı haqda məlumat yayılıb.  Ayətullah Xameneinin guya vəziyyətinin kritik olduğu və bədənində prostat xərçənginin aşkar olunduğu iddia olunub./

 

Google+ WhatsApp ok.ru