Rusiyada yeni pul hazırlanır

Rusiyada yeni pul hazırlanır

Qalib simvollar ümumrusiya səsverməsi ilə müəyyənləşib
 
Rusiya Bankı (Mərkəzi Bank) 200 və 2 000 rubl nomimallı yeni əsginasların dizaynını təsdiq edib. 
 
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, 200 rubl nominallı əsginasın üzərində Sevastopol şəhərinin simvolları, 2 000 rubl nominallı əsginasın üzərində isə Uzaq Şərqin məşhur yerləri əks olunacaq. 
 
Rusiya Bankının məlumatına əsasən, əsginaslar artıq 2017-ci ildə tədavülə buraxılacaq. 
 
Qeyd edək ki, dizayn üçün simvolların seçilməsi üzrə müsabiqə 2016-cı ilin iyun-oktyabr aylarında keçirilib. Müsabiqənin son mərhələsində qaliblər ümumrusiya səsverməsi yolu ilə müəyyənləşib.
 

Google+ WhatsApp ok.ru