Rusiyada yüz minlərlə müsəlman mitinqə hazırlaşır - VİDEO

Maide.az-ın məlumatına görə, yanvarın 25-də Rusiyanın paytaxt Moskva şəhərində yaşayan müsəlmanlar mitinq keçirməyə hazırlaşır. 100 minlərlə müsəlmanın iştirak edəcəyi mitinq üçün artıq meriyaya müraciət edilib. Bu barədə You Tube hesabında məlumat paylaşan Əli Çarinskiy  mitinqin "Şarli Hebdo"nun Məhəmməd peyğəmbərlə bağlı karikaturalar nəşr etməsinə etiraz olaraq keçiriləcəyini bildirib.
 
O, həmçinin meriyadan rədd cavabı alsalar belə, icazəsiz mitinqin keçiriləcəyini deyib.
 
Qeyd edək ki,  yanvarın 18-də Mahaçqalada , 19-da  isə Qroznıda mitinqlərin keçirilməsi gözlənilir.

Google+ WhatsApp ok.ru