Rusiya Dövlət Dumasının spikeri: Rusiyaya qarşı sanksiyalar əslində qeyri-qanuni, quldurluq əməlidir

Qərbin Rusiyaya qarşı sanksiyaları - gec-tez son qoyulmalı qeyri-qanuni, quldurluq əməlidir.
 
Bu barədə Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin bildirib.
 
“Sanksiyalar pislikdir, çünki onlar beynəlxalq əməkdaşlığı, beynəlxalq iqtisadi əməkdaşlıq  mühitini zəhərləyir. Onlar gec-tez tamamilə üzərimizdən götürülməlidir. Sanksiya adlandırılan bu cür əməllər qeyri-qanuni, mən hətta deyərdim ki, quldurluq əməlləridir”, deyə Narışkin “Rossiya 24” telekanalının efirində bildirib.   
 
Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ziyan vuran  hüquqa zidd əməllərdir, lakin bununla belə, onlar aqrar və sair idxalı əvəzləyən sahələrin inkişafına  təkan verir. 

Google+ WhatsApp ok.ru