Rusiya Ermənistanı silahlandırmağa başladı

Rusiya Ermənistana silah almaq üçün külli-miqdarda pul ayırdı
 
Rusiya və Ermənistan hökumətləri İrəvana 200 milyon dollar dəyərində dövlət krediti ayrılması haqda razılığa gəliblər.
 
Rusiyanın ayırdığı bu kredit 10 il müddətinə və rus istehsalı olan hərbi təyinatlı ləvazimatların alınması üçün nəzərdə tutulub.
 
Müqaviləyə əsasən bu pula Rusiya Ermənistana "Smerç" reaktiv artilleriya sistemləri, bu sistemə aid sursat, "İqla" zenit-raket kompleksləri, yerüstü radiotexniki "Avtobaza-M" kompleksləri, TOS-1A tipli atəş sistemi, idarəolunan raketlər, RPQ-26 qranatamyotları, "Tiqr" zirehli maşınları və "Draqunov" snayper tüfəngləri, hərbi-mühəndis qurğuları və hərbi maşınlar satacaq.(ölkə.az)

Google+ WhatsApp ok.ru