Rusiya İrana ilk S-300-ləri sabah təslim edir

Rusiyanın İrana satdığı S-300 havadan müdafiə sistemlərinin ilk partiyasını sabah Xəzər dənizi üzərindən göndəriləcəyi bildirilir.
Maide.az "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, İranın Baş Qərargah rəisini müavini Mustafa Azadinin verdiyi açıqlamalara görə, S-300 sistemlərinin ilk hissəsi Həştərxan limanından gəmi ilə yola salınacaq.
Xəbərdə bildirilir ki, səfər çərçivəsində Rusiyada olan İran müdafiə naziri Hüseyn Dehkan da cümə günü Həştərxanda keçiriləcək qapalı yolasalma mərasimində iştirak edəcək.
S-300 sistemlərinin İrana gəldiyi limanda rəsmi qarşılanma mərasimi keçiriləcəyi bildirilib.
 
Qeyd edək ki, Rusiya və İran 2007-ci ildə S-300 sistemi satışı məsələsində razılaşmış, ABŞ və İsrail imzalanan razılaşmaya sərt reaksiya göstərmişdi. Rusiya 2010-cu ildə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının İrana qarşı silah embarqosu qərarından sonra S-300 müqaviləsini birtərəfli təxirə saldığını açıqlamışdı. İran Rusiyanın qərarını beynəlxalq məhkəməyə çıxararaq, 4 milyard dollarlıq iddia qaldırmışdı.

Google+ WhatsApp ok.ru