Rusiya ilə ABŞ təyyarələrinin Suriyada toqquşmaması üçün anlaşıb

Rusiyanın Suriyaya qırıcı təyyarələr göndərməsindən sonra mürəkkəbləşən vəziyyət Amerika və Rusiya hərbiyyələrini danışıqlara gətirib. Bu barədə "Reuters" agentliyi ABŞ rəsmilərinə istinadən bildirib. Xəbərdə deyilir ki, əməliyyatların aparıldığı hava məkanının çox kiçik olması Rusiya və ABŞ koalisiyası təyyarələrinin havada toqquşması ehtimallarını artırıb və buna görə də ABŞ müdafiə naziri Eş Karter rusiyalı həmkarı Sergey Şoyqunun “söhbət etmək” çağırışına müsbət cavab verib. ABŞ müdafiə rəsmiləri bildiriblər ki, belə hallarda, hərbçilərin təbirincə deyilsə, “dekonfliksiya” üçün koordinasiya razılaşmasının əldə edilməsi zəruridir. Pentaqon rəsmisi Peter Kuk bildirib ki, iki nazir Suriyada Rusiya və ABŞ koalisiyasının qeyri-iradi toqquşmaları ehtimalının aradan qaldırılması mexanizmini müzakirə ediblər.

Google+ WhatsApp ok.ru