Rusiya şirkəti İranda hava limanı alıb

Rusiya şirkəti İranda hava limanı alıb

Rusyanın "Regiontransneft" şirkəti İranın Qum şəhərində 2,8 milliard avroya aerodrom kompleksi alıb.
 
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, şirkət İran İslam Respublikasında bir sıra daşınmaz əmlakların inşası və işə salınması üzrə kompleks layihənin həyata keçirilməsinə başlayıb.
 
"Rusiya şirkəti bu ərazidə sərnişinlər və yük daşımaları üçün dəmiryolu stansiyası və avtobus terminalı tikməyi planlaşdırır. Gələcəkdə "Regiontransneft" Qum şəhərində aviasiya təlim mərkəzləri, təyyarələrin texniki xidmət mərkəzləri yaradmağıda planlaşdırır", - məlumatda deyilir. 

Google+ WhatsApp ok.ru