Rusiyanın əhalisi sürətlə qocalır

Rusiyanın əhalisi sürətlə qocalır

2025-ci ilə qədər Rusiyada pensiyaçıların sayı 40 mln.-a çatacaq.
 
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin əmək və sosial müdafiə naziri Aleksey Vovçenko deyib.
 
Onun sözlərinə görə, həmin vaxt pensiyaçılar əhalinin 27%-ni təşkil edəcək. Hazırda bu nisbət 24,6%-dir. Başqa sözlə, Rusiyada yaşlı insanların sayı arta-arta gedəcək.
 
Xatırladaq ki, Rusiya Nazirlər Kabineti Dövlət Dumasına 2018-ci ildə pensiyaların sığorta hissəsinin indeksasiya edilməsi barədə qanun layihəsi təqdim edib.

Google+ WhatsApp ok.ru