Rusiyanın ali müftisi abort qadağan olunması ideyasını alqışlayıb

Rusiyanın ali müftisi abort qadağan olunması ideyasını alqışlayıb

Rusiyanın ali müftisi abort qadağan olunması ideyasını alqışlayıb
 
Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Müsəlmanların Mərkəzi dini idarəsinin rəhbəri, Rusiyanın ali müftisi Talqat Таcuddin ölkədəki abort qadağasını dəstəkləyib.
 
"Bu uşaqların qətlidir, mən bunu Qurban bayram moizəsində qeyd etmişəm." - deyə müfti bildirib.
 
Onun sözlərinə görə, imzalanacaq müvafiq müraciətə bütün Rusiyanın Patriarxı Kirill ilə birlikdə razılıq vermişdik. İslam dini yalnız qadının həyatı və sağlamlığı təhlükədə olduqda hamiləliyin dayandırılmasına icazə verir.
 
Qeyd edək ki, sentyabrın 27-də patriarx Kirill Rusiya ərazisində abortun tamamilə qadağan edilməsi barədə müraciət imzalayıb. 
 

Google+ WhatsApp ok.ru