Səudiyyə Ərəbistanda işçilər maaş ala bilmədi, yolu bağladı

Səudiyyə Ərəbistanda işçilər maaş ala bilmədi, yolu bağladı

Səudiyyə Ərəbistanın Şərqiyyə bölgəsində böyük şirkətin yüzlərlə işçisi  aylardır maaşlarını ala bilmədikləri üçün etiraz aksiyası keçirib. 
 
Maide.Az “Əxbar 24” xəbər saytına istinadən xəbər verir ki, etirazçı işçilər Şərqiyyə bölgəsində Dəmam-Bəqiq maqistral yolunu bağlayıblar. 
Etiraz aksiyasının ardınca Səudiyyə qüvvələri bölgəyə ezam olunub.
 
Məlumata görə, işçilər 6 aydan çoxdur ki, maaşlarını ala bilmirlər. 
 
Ali-Səud rejimi son günlər öz büdcə kəsrini təmin etmək üçün elektrik enerji xərcləri və internet xidmətləri xərclərini artırıb. Həmçinin bazar günü nazirlər, parlament nümayəndələri və dövlət xidmətində işləyən işçilərin maaşlarını 20 faiz azaltdığını elan edib.
 
Səudiyyə Ərəbistan ötən il neft qiymətinin aşağı düşməsi ilə büdcəsində 100 milyard dollar kəsir olub ki, bu rəqəm indiyədək olmamışdı. Bu ölkə öz büdcə kəsrini təmin etmək və xərcləri azaltmaq üçün yeni yollar axtarışına düşüb. 
 
Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı hakimiyyəti məmurlar üçün sərf olunan mənzil, mebel və şəxsi nəqliyyat xərclərini 15 faiz azaldıb.
Səudiyyə Ərəbistan dövlət işçilərinə artıq iş saatları və illik məzuniyyət haqqını da azaldıb və onlara ildə 30 gündən artıq məzuniyyət verilməyəcəyini qeyd edib. Lakin hərbi əməliyyatlarda iştirak edən hərbiçilər və zabitlər bu qanundan kənarda qalırlar və onların maaşları azaldılmır. 
 
Neftin qiymətinin aşağı düşməsi, Səudiyyə Ərəbistanın Suriya,İraqda terrorçuları dəstəkləməsi və Yəmənə təcavüzü bu ölkənin maliyə resurslarının azalmasına səbəb olub və Ərəbistanı çətin duruma salıb. 
 
 

Google+ WhatsApp ok.ru