Rusiya Qazaxıstana raket atdı: hədəf məhv edildi

Rusiya Həştərxan şəhərində qitələrarası ballistik raket sınağı keçirib.
 
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada “RS-12М Topol” raketinin uğurla sınaqdan çıxdığı bildirilib:
 
“Ballistik raketin sınağı “Kapustin yar” poliqonunda baş tutub. Atılan raket Qazaxıstanın “Sarı-Şaqan” poliqonundakı hədəfi dəqiqliklə məhv edib”.
 
Təxminən 45 ton ağırlığında olan “RS-12М Topol” qitələrarası ballistik raketi 10 min kilometr mənzilli döyüş başlığı daşıya bilir. /
 

Google+ WhatsApp ok.ru