Rusiya ruhaniləri İŞİD terrorçularını İslam düşməni elan etdi

Bir qrup Rusiya ruhanisi İŞİD terrorçularını İslam düşməni olması barədə fətva veriblər 
Maide.az xəbər verir ki,  Rusiyada bir qrup müsəlman din xadimi İŞİD terror təşkilatını İslam düşməni elan edən bir fətva dərc edib. Din xadimləri terror təşkilatı üzvlərini cinayətkar kimi cəzalandırılmasını istəyiblər.
Rusiya Müsəlmanları Ruhani İdarəsinin yaydığı fətvada, İŞİD-in  fəaliyyətinin İslamla uzaqdan-yaxından əlaqəsi olmadığı bildirilib,terror təşkilatına zülm və edamlara son vermə dəvəti edilib.
"İslama görə, belə bir cinayətkar təşkilat üzvləri ya ölüm, ya da ömürlük həbs cəzası almalıdırlar",-  ifadələrinə yer verilən fətvada bunlar qeyd edilib: "İŞİD havadarları İslamı sanki bir zülm, zorakılıq və işgəncə dini kimi yanlış şərh edirlər. Halbuki, həqiqətdə İslam prinsipləri vətəndaşları, əsirləri, səfirləri, jurnalistləri və humanitar yardım şəxslərinin öldürülməsini qadağan edir". /

 

Google+ WhatsApp ok.ru