Rusiya Türkiyənin `İncirlik` bazasından istifadə edə bilər

Rusiya Türkiyənin `İncirlik` bazasından istifadə edə bilər

 
 
Türkiyənin "İncirlik" hərbi hava bazasını Rusiya tərəfindən istifadə olunması təklifi dost addımı kimi dəyərləndirmək olar.
 
Trend "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Rusiya Düvlət Dumasının müdafiə üzrə komitəsinin sədrinin birinci müavini Andrey Krasov bilirib.
 
O deyib ki, bu baza Rusiya tərəfindən beynəlxalq terrorla mübarizədə istifadə oluna bilər: "Amma bu qərar Rusiya hərbi komandanlığı tərəfindən verilməlidir".
 
A.Krasov həmçinin bildirib ki, Türkiyə rəhbərliyi Rusiya ilə münasibətlərinin inkişafında konstruktiv və praktiki addımlar atır.
 
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsi Rusiyaya "İslam dövləti" terror qruplaşması ilə mübarizədə "İncirlik" bazasından istifadəsinə icazə verə bilər.

Google+ WhatsApp ok.ru