Rusiya və MDB ölkələrdən olan gözdən əlillər üçün Quran dərsləri

Gözdən əlil olmaq və zəif görməklk Quran oxumaq və dini elmlərə yiyələnməmək üçün maniə deyil. Bu həqiqəti uzun illər ərzində Kazan məscidinin "Yardem" reabilitasiya mərkəzi sübut edir.  
Maide.az-ın məlumatına görə, son günlərdə “Yardem” reabilitasiya mərkəzində gözdən əlillər və zəif görənlər üçün növbəti kurslar başlanılıb.
Məlumata əsasən, 30 gün ərzində Rusiya və MDB  ölkələrindən əsasən Tatarstan, Tacikistan, Ulyanovsk rayonu, Stvropolsk regionundan olan müsəlmanlara Quran oxunuşu və təcvid dərsləri keçiriləcək. Gözdən əlil olan şagirdlərə həmçin kompyuterdə işləmək üçün təlimlər veriləcək.
Bundan  başqa tələbələri islam maarifçiləri və  tatar mədəniyyət işçiləri ilə görüşlər gözləyir. Onlar  teatrları ziyarət edəcək, islami mövzularda konkurslar və viktorinalarda iştirak edəcəklər.
Proqramın sonunda hər bir iştirakçıya audio-kitablar, əlaçılara isə hədiyyələr veriləcək.
Qeyd edək ki, reabilitasiya kurslarında oxumaq tamamilə pulsuzdur.
Hətta tələlərin yaşayış, qida və yol xərcləri mərkəz tərəfindən ödənilir. //


 

Google+ WhatsApp ok.ru