Rusiyaya aid 7 tank Ukraynaya girdi

Ukrayna torpaqlarına 7 rus tankının girdiyi bildirilir.
 
Maide.az-ın məlumatına görə, Ukrayna Dövlət Sərhəd Xidmətindən verilən açıqlamada Ukraynadan 20 kilometr uzaqlıqda olan Rusiyanın Voronej bölgəsində 50 tankdan ibarət bir karvanın varlığının aşkarlandığını bildirilir.
 
Həmçinin Rusiyanın Çerniqov Sərhəd Birliyi qarşısında olan sərhəd xəttindən 15 kilometr uzaqlıqda "Qrad" tipli mərmilər daşıdığı deyilən 15 maşın karvanının hərəkət halında olduğu vurğulanıb.
 
Açıqlamada həmçinin bildirilir ki, 7 rus tankı Ukrayna torpaqlarına daxil olub.

Google+ WhatsApp ok.ru