Qəzza fəlakət bölgəsi elan edildi

Fələstin prezidenti Mahmud Abbasın İsrailin həftələrdir hava, quru və dənizdən hücum təşkil etdiyi Qəzzanı fəlakət bölgəsi elan etdiyi bildirilir.
 
Maide.az-ın məlumatına görə, Fələstin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Abbas BMT və beynəlxalq ictimaiyyətin də məsuliyyəti boynuna götürərək lazım olan tədbirlərin görülməsi və böhran yaşanan Qəzzanın fəlakət bölgəsi elan edilməsi istiqamətində tələb səsləndirib. 
 
Açıqlamada bildirilir ki, Qəzzada hücumlardan qaçanlara etibarlı yerlərin təmin edilməsi, qida, içməli su və dərman çatdırılması lazım olduğunu vurğulayan Abbas belə deyib:
 
"Qəzzaya kömək çatdırılması üçün koridorlar açılmalı, İsrail hücumlarından qaçan ailələrə kömək edilməsi üçün etibarlı bölgələr yaradılmalıdır. Fələstin xalqı işğalçı İsrailin torpaqlarımızda davamlı olaraq işlədiyi insan haqları pozuntularına qarşı qorunmalı və bu mövzuda təcili hərəkətə keçilməlidir."

Google+ WhatsApp ok.ru