Rusiyaya qarşı sanksiyalar rəsmən qüvvəyə mindi

Dünən Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi barədə məlumat vermişdik. Bu gün artıq yeni sanksiyalar rəsmən qüvvəyə minib.
 
Maide.az xəbər verir ki, Avropa İttifaqının “qara siyahı”sı rəsmi saytda yerləşdirilib.
 
Məhdudlaşdırıcı tədbirlər 149 fiziki şəxsə və 37 təşkilata şamil olunacaq. Sanksiyalar azı 2016-cı ilin martına kimi uzadılıb.
 
Qeyd edək ki, 2014-cü ilin martından tətbiq edilən sanksiyalara səbəb Krımın Rusiya tərəfindən ilhaqı və Ukrayna böhranıdır. 

Google+ WhatsApp ok.ru