Rusya beynəlxalq Quran yarışlarının qalibləri mükafatlandırılıb

Rusya beynəlxalq Quran yarışlarının qalibləri mükafatlandırılıb

2017-ci ilin oktyabr ayının 6-da Rusiyanın paytaxtı Moskvada beynəlxalq Quran-Kərim yarışları başlayıb.
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, iki gün davam edən Rusiyanın 18-ci beynəlxalq Qurani-Kərim yarışlarında birinci yerə  İmam Rzanın (ə) hərəminin  müəzzini və quran qarisi Əmir Ləli Əvvəl qazanıb. 
 
Yarışlarda  müxtəlif ölkələrdən, o cümlədən Misr, Suriya, Liviya, Bəhreyn, İndoneziya, Küveyt, Mərakeş, Rusiya, Ərəbistan və Əlcəzayirdən olan 40-dan çox Quran qarisi iştirak edib.
 
 Quran yarışlarının ikinci, üçüncü, dördüncü və beşinci yerlərini Liviya, Misr, Suriya və Bəhreyndən olan qarilər qazanıb. Qaliblər müxtəlif dəyərli hədiyyələrlə mükafatlanadırılıb. 
 

Google+ WhatsApp ok.ru