Rüşvət almaqla günahlandıran baş naziri istefa verdi

Maide.az-ın məlumatına görə, bu ayın əvvəlində intihar edən bir tikinti şirkətinin sahibinin cibindən çıxan rüşvət siyahısı ilə sarsılan Cənubi Koreyada, siyahıda adı keçən baş nazir Li Van Koo artan ictimaiyyəti təzyiqdən sonra istefa verib. Dövlət başçısı Park istefanı "kədərli" adlandırıb, ancaq korrupsiya qalmaqalı ilə bağlı "tam təhqiqat" çağırışı edib.
 
Li Van Koo sahibkar Sunq Van-Jongu tanımadığını və ondan 27.7 milyon dollar rüşvət almadığını deyib. 
 
Qeyd edək ki, Sunq, intihar etməmişdən əvvəl ölkədə nəşr olunan bir qəzetə bu pulu baş nazirə 2013-cü ildəki seçki kampaniyasını apararkən verdiyini söyləyib. 
 
Cənubi Koreya qanunlarına görə seçki kampaniyasında 93 min dollardan artıq ianə almaq cinayət hesab edilir. 

Google+ WhatsApp ok.ru