Türkiyədə Quran kursunu bağladılar

Diyanət İşləri Nazirliyinə aid Antalya Muratpaşa Rayon Müftülüyü 16 min tələbəyə Qurani-Kərim də daxil olmaqla bir çox təhsil verən kursu bağlayıb.  
 
Maide.az-ın TÜrkiyə mediasına istinadən verdiyi məlumata görə, kursun yerləşdiyi yerin 2017-ci ilə kimi icarə müqaviləsi olub. Kursun bir gün əvvəldən bağlanmasına baxmayaraq, müftülük əməkdaşlarının Qaçaqmalçılıq və Mütəşəkkil Filial polisləri ilə birlikdə gəlməsi diqqət çəkib. AKP-nin Kəpəz Bələdiyyəsi maddi vəziyyəti aşağı olan tələbələrin əlindən tutan Həmlə Təhsil Mərkəzlərinin ayrı-ayrı məhəllələrdəki 4 təhsil mərkəzinin də boşaldılması barədə qərar çıxarıb. Bələdiyyənin sonra Diyanət İşləri də oxşar addım atıb. 
 
Həmlə İdarə Heyətinin sədr müavini və təhsil əlaqələndiricisi Əli Dil siyasətin hüququn üzərinə çıxdığı bir vəziyyətlə qarşı-qarşıya olduqlarını deyib: "Həmlə 2008-də yaradılıb, 10 təhsil mərkəzi var idi. Bu ana qədər Antalyada 16 min tələbəyə təhsil imkanı yaratmışıq. Bu tələbələr daha çox Antalyanın sosial-iqtisadi baxımdan aztəminatlı ailələrinin uçaqlarıdır. Onlara əxlaqi dəyərlər, dövlətə, millətə, cəmiyyətə faydalı insan olmaq, Qurani-Kərim kimi mövzularda təhsil verilir. Sual edirəm: Təhsil verməyə çalışdığımız tələbələrlə bağlı bir layihəniz varmı? Yoxsa bu uşaqlar narkotikaya, pis vərdişlərə, küçələrəmi atılacaq?"

Google+ WhatsApp ok.ru