Səudiyyədə 4 nəfər edama, 90 nəfər isə həbsə məhkum edildi

Səudiyyə Ərəbistanda 94 nəfərlik qrupa hökm oxundu

İslamazeri.az-ın “Shafanqa”-ya istinadən verdiyi xəbərə görə,  Səudiyyə Ərəbistanı Ağır Cinayətlər Məhkəməsi 94 nəfərlik qrup haqqında hökm çıxarıb.

Terror qruplaşması yaratmaqda və bu qrupa üzv olmaqda ittiham edilən 94 nəfərin 4-ü barədə edam hökmü verilib. 90 nəfərə isə 2 ildən 23 ilə kimi azadlıqdan məhrum edilmə cəzaları verilib. Onlardan 16 nəfəri ciddi rejimli ceza çəkmə müəssisəsində saxlanılacaq.

94 nəfərlik ölkə rəhbərlərinə qarşı çıxmaq,  təhlükəsizlik qüvvələri əməkdaşlarını öldürməyə təşəbüüs göstərmək, kamikadze hücumları törətmək və terror təşkilatının sirlərini qorumaq kimi maddələrlə təqsirli biliniblər. /

Google+ WhatsApp ok.ru