Səudiyyə rejimində Hacılara qarşı hörmətsizlik

Səudiyyə Ərəbistanının Duba şəhərində Həcc ziyarətini başa vuran misirli zəvvarlara bir qrup naməlum silahlı şəxs hücum edib. Maide.az-ın məlumatına görə, hadisə nəticəsində 5 nəfər ağır yaralanıb.
 
Bildirilir ki, hadisə Səudiyyə polisinin gözünün qarşısında baş verib. Eyni zamanda Ər-Riyadın rəsmi mətbuatı əşyaları yoxlayan təhlikəsizlik qüvvələri ilə qarşıdurmaya getdiklərinə görə misirli zəvvarları ittiham edib. Lakin rəsmi Qahirə hələlik hadisənin təfərrüatı haqda geniş açıqlama verməyib. 

Google+ WhatsApp ok.ru