İngiltərədə Qədir Xum Bayramı keçirilib

İngiltərə İslam Mərkəzi ölkənin bir neçə islami qurumu ilə birlikdə İslamın əzəmətli bayramı Qədir-Xum Bayramını geniş şəkildə qeyd edib.

 
Bu möhtəşəm mərasimin keçirilməsinə İngiltərənin Əhli-beyt (ə) İslam Missiyası, Bəni-Haşim Fondu, həmçinin Kinqston və Rehampton Əhli-beyt (ə) Cəmiyyəti birgə dəstək verib. Bu barədə təşkilatçılar sosial şəbəkədə məlumat yayıblar. Mərasimdə yumoristik hekayələr səsləndirilib, bir neçə ingilisdilli Əhli-beyt şairləri şerlər səslənidiriblər. Bayram şənliyində şeyx Məhəmməd Əli Şomali xütbə ilə çıxış edib.

 

Bayram şənliyində uşaqları da unutmayan təşkilatçılar onlar üçün əl-əlvan şarlar hazırlayıb, uşaqların həm özlərinin və dostlarının üzlərini bayram rəsmləri ilə boyamaları üçün xüsusi boyalar hədiyyə ediblər. deyerler.org /

 

Google+ WhatsApp ok.ru