Səudiyyə şəhzadəsi Aşura günü hücum nəticəsində yaralanan Əhli-beyt (ə) davamçılarını ziyarət edib

ABNA.ir-in verdiyi xəbərə görə, Səudiyyə şəhzadəsi, eyni zamanda bu ölkənin daxili işlər naziri vəzifəsini daşıyan Səud bin Naif Əbdüləziz Əhsa bölğəsində İmam Hüseyn (ə) əzadarlarına qarşı törədilmiş terror hadisəsində xəsarət alanlara baş çəkib.

 

Dünən o, ölkənin bir neçə rəsmi nümayəndəsi ilə birlikdə Həfuf şəhərində Kral Fəhd xəstəxanasında müalicə olunan yaralılarla görüşüb və Kral Əbdüləzizin onlara dua etdiyini bildirib.

 

Şəhzadə Naif, həmçinin, hadisə qurbanlarının ailələri ilə də görüşüb və cinayəti törədənlərin ədalət məhkəməsində layiqli cəzalarına çatacaqlarını söyləyib.

 

Qeyd edək ki, Aşura günü Səudiyyə Ərəbistanında Əhli-beyt (ə) davamçılarının əzadarlıq mərasimləri zamanı təşkil edilən hücumlar nəticəsində 8 nəfər həyatını itirmişdi. Onlar cümə günü böyük izdihamın müşayiəti ilə dəfn ediliblər.

 

Səudiyyə rəhbərliyi hadisəni törədənlərin aşkarlanaraq cəzalandırılması üçün genişmiqyaslı əməliyyatlara başladıqlarını bəyan edib./

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru