Səudiyyə Ərəbistan sərhədçilərinə silahlı hücum, ölən var- Foto

Səudiyyə Ərəbistanı İraq sərhəddində terror aktı baş verib. Terror aktı Səudiyyə Ərəbistanının İraqla sərhəddə yerləşən Arar şəhərində baş verib.
Maide.az-ın Ərəb mediasına istinadən məlumatına görə, Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyinin sözçüsü Mənsur Əl-Türki  deyib ki, terror aktında ölkənin şimal bölgəsi üzrə sərhəd qüvvələrinin komandiri general  Avda  əl Bələvi  və başqa bir sərhədçi əsgər öldürülüb.
M.Əl-Türki bildirib ki, terrorçular hərbçilərin sərhəd patruluna atəş açaraq hadisə yerindən qaçarkən bir nəfər terrorçu hərbçilər tərəfindən yaxalanıb. Yaxalanan terrorçu belində bağladığı partlayıcı qurğunu işə salıb.
M.Əl-Türki deyib ki, partlayış nəticəsində bir nəfər də yaralanıb.
Hücum edən terrorçuların neçə nəfər olduğu və hansı qrupa mənsub olduqları haqda açıqlama verilməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Arar şəhəri İraqın əl-Anbar əyaləti ilə sərhəddə yerləşir. Əl-Anbar əyalətinin böyük hissəsi İŞİD terror qruplaşmasının əlindədir. Səudiyyə İraq sərhəddinin uzunluğu 900 km-dır. /

Google+ WhatsApp ok.ru