Səddam Hüseynin Tiqritdəki qəbri yerlə-yeksan edildi - FOTO

İraqın devrilmiş diktatoru Səddam Hüseynin doğulduğu Tiqrit şəhərindəki türbəsi tamamilə dağıdıldığı açıqlanıb.
 
Maide.az xəbər verir ki, "Associated Press" agentliyinin şəhərdə apardığı çəkilişlərdə Səddam Hüseynin doğulduğu Əl-Avjadakı kəndindəki türbəsindən yalnız sütunların qaldığı görünür.
 
Qeyd edək ki, ötən il şəhərin sünni sakinləri Səddam Hüseynin cəsədinin çıxarılıb naməlum yerə aparıldığını söyləmişdi.
 
İŞİD keçən ilin avqust ayında türbəni tamamilə dağıtdığını açıqlamışdı. 
 
Xatırladaq ki, Səddam Hüseyn 2003-cü ildə Amerika qüvvələri tərəfindən yaxalanmış və 2006-cı ildə edam edilmişdi. Cəsədi 2007-ci ildə Tiqritdəki türbədə basdırılmışdı.
 

Google+ WhatsApp ok.ru