Venesuela liderinə ABŞ-a qarşı fövqəladə səlahiyyət verildi

Venesuela Parlamenti prezidenti Nikolas Maduroya ABŞ təhlükəsinə qarşı qorunmaq üçün 9 ay müddətinə qanunvericilik səlahiyyəti verən qanun layihəsini təsdiq edib.
 
Maide.az xəbər verir ki, Maduronun ehtimal olunan ABŞ sanksiyalarına qarşı mübarizə çərçivəsində səlahiyyətlərinin genişləndirilməsini istəməsindən sonra təsdiq edilən və "anti-imperyalist" adlandırılan qanun rəsmi qəzetdə dərc olunduqdan sonra 31 dekabra qədər qüvvədə qalacaq.
 
Ölkədəki müxalifətin kəskin tənqidlərinə baxmayaraq, parlamentdən keçirilən qanun, "ABŞ təhlükəsinə qarşı qorunmaq üçün" başladılan və təxminən 100 min əsgərin iştirakı ilə 10 gün davam edən hərbi təlimdən bir gün sonra təsdiq olunub.

Google+ WhatsApp ok.ru