Səudiyyə rejimi Yəmənə, sionist İsrail rejimi isə Fələstinə hücum edir

Sionist İsrail əsgərləri bu gün səhər Nablus şəhərinin şərqində yerləşən Beyt Furik mahalında onlarla evə basqın edib, - “On4haber”.
 
Eyni saatlarda Celezon Qaçqın Düşərgəsinə girmək istəyən sionist İsrail əsgərlərilə fələstinli gənclər arasında qarşıdurma baş verib. Sionist əsgərlər fələstinli gənclərə qarşı plastik güllə və göz yaşardıcı qazdan istifadə edib. Qarşıdurma nəticəsində 15 fələstinli plastik gülləylə yaralanıb. Xeyli sayda fələstinlinin göz yaşardıcı qazdan təsirləndiyi bildirilir.
 
Celezon Qaçqın Düşərgəsi sionist İsrail rejiminin əsgərlərinin fələstinlilərə qarşı hücumlarının tez-tez baş verdiyi ərazidir. Sionist əsgərlərin açdığı atəş nəticəsində ağır yaralanan 20 yaşlı fələstinli gəncin isə dünən xəstəxanada öldüyü qeyd olunur.deyerler/
 

Google+ WhatsApp ok.ru