Səudların koalisiyasına qatlmayan Pakistana Həcc embarqosu

Səudiyyə Ərəbistanı Yəmənə hücum koalisiyasına qatılmayan Pakistana qarşı həcc embarqosu tətbiq edir.
 
Maide.az-ın Pakistan qəzetlərinə istinadən verdiyi məlumata görə, müqəddəs torpaqları ziyarət etmək istəyənlərin viza müraciətləri qəsdən gecikdirilir.
 
İnternet üzərindən edilən viza müraciətlərinə bir müddətdir cavab verilmədiyi, Səudiyyə Ərəbistanı tərəfindən qarşısı alındığı bildirilir.
 
Müqəddəs torpaqları səfərin hər bir müsəlman üçün böyük bir arzu və haqq olduğuna toxunulan xəbərlərdə, Səudiyyə rejiminin bunu mane olmasının qəbul edilə bilməzliyi vurğulanır.
 
Xəbərlərdə Səudiyyə Ərəbistandan siyasi əsaslara söykənən qərarını nəzərdən keçirməsi də tələb edilib.
 
Qeyd edək ki, İslamabad rəhbərliyi müxalif partiyaların, qeyri-hökumət təşkilatlarının və xalqın əksəriyyətinin etirazından sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyada fəal iştirakdan imtina məcburiyyətində qalmışdı.

Google+ WhatsApp ok.ru