Səudiyyə Fransa və Rusiya vasitəsilə nüvə gücünə çevrilməyə hazırlaşır

Səudiyyə Ərəbistanı son bir həftə ərzində nüvə reaktorunun tikintisi məsələsində əvvəl Rusiya, sonra isə Fransa ilə razılaşma imzalayıb.
Deyerler.org-un Dunyabulteni saytına istinadən verdiyi xəbərə görə, Fransa ilə iki nüvə reaktorunun tikintisi üçün razılaşan Ər-Riyad rəhbərliyi, bir neçə həftə əvvəl Rusiya ilə 15 reaktorun tikintisi üçün uzun müddətli müqavilə imzalamışdı.
Kral Salmanın şahzadə Məhəmməd bin Naifi vəliəhd şahzadə kimi təyin etməsi Səudiyyə Ərəbistanı tarixi və siyasəti baxımından mühüm bir dəyişiklik etməsindən xəbər verib.
Aprelin 29-da vəliəhd dəyişikliyi ilə birlikdə 40 ildir xarici işlər naziri postunda olan Səud Əl-Faysalın da vəzifəsindən kənarlaşdırması Səudiyyə Ərəbistanı xarici siyasətinə də təsir edib. ABŞ-la yaxın münasibətlərdə olan və Vaşinqtonda səfir işləyən bir şəxsin xarici işlər naziri təyin olunması ölkənin gələcəkdə mühüm dəyişikliklərin olacağından xəbər verirdi.
Kral Salman hakimiyyətə gəlməzdən əvvəl Kral Abdullanın dövrünün ən mühüm iki şəxsi olan Bəndər bin Sultan ilə Xalid ət-Tuveyciri də vəzifədən kənarlaşdımışdır. Məhz bundan sonra Qərb və Türkiyə kimi regional oyunçularla münasibətlərdə müsbət irəliləyişlər baş vermişdir.
İyunun 16-da ölkəsinin birjasını ilk dəfə xarici investorlara açan neft sektorunun ən böyük ölkəsi olan Səudiyyə Ərəbistanı, iyunun 19-da Rusiya ilə nüvə enerjisi daxil olmaqla bir çox sahədə altı müqavilə imzalayıb. Rusiyadan sonra digər Qərb ölkələrilə də əlaqələrini inkişaf etdirmək istəyən Səudiyyə Ərəbistanı, Fransa ilə də iki nüvə reaktorunun tikilməsilə yanaşı, milyardlarla dollarlıq 20 layihəni imzalamağa hazırlaşır./

Google+ WhatsApp ok.ru