Yerevanda etirazçıların sayı artır

Yerevanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyasının iştirakçılarının sayı xeyli artıb.
Trend bildirir ki, Yerevanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyasının iştirakçılarının sayı o qədər artıb ki, Baqramyan prospektindən başqa, Baqramyan-Moskovyan küçələrinin kəsişməsindən Fransa meydanına kimi ərazi də bağlanıb. Bu da şəhərin mərkəzində maşınların hərəkətini çətinləşdirir.
Trend-in “Novosti Armenii”-ə istinadən verdiyi məlumata əsasən, polis Moskovyan küçəsində hərəkətə mane olmamaq üçün nümayişçiləri yolayrıcını açmağa çağırıb.
Ermənistan ölkədə elektrik enerjisi taariflərini 17-22 faizə qədər artırmaq istəyir. 
İrəvanın mərkəzində keçirilən aksiya iştirakçıları Ermənistan hakimiyyətinə üç tələb irəli sürüblər.  
Etirazçılar elektrik enerjisinin bahalaşması haqqında qərarın tətbiqinin dayandırılmasını, ictimaiyyət fəalları ilə elektrik enerjisi tariflərinin aşağı salınmasına dair danışıqlara başlamağı, həmçinin iyunun 23-də etirazçı və jurnalistlərə qarşı zor tətbiq etmiş mülki geyimli polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsini tələb ediblər.
“Biz hər-hansı siyasi qüvvəyə mənsub deyilik, Biz, soyğunçuluğa yol verməyərək,  həmişə xalqla olacağıq”, deyə fəallar bildirib.
Hazırda aksiyanın keçirildiyi Baqramyan prospektində vəziyyət sakitdir. Etirazçılar mahnı oxuyub rəqs edirlər.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Türkiyəyə qarşı "soyqırımı" iddiası bu ölkələrlə sərhədlərinin bağlanmasına səbəb olub. Bu da, Ermənistan iqtisadiyyatı üçün ciddi problemlər yardır. /

Google+ WhatsApp ok.ru