Səudiyyə Ərəbistanın maliyyə reytinqi aşağı düşüb

"Standard and Poors" Reytinq agentliyi Ərəbistanın hökümətinin maliyyə reytinqini bir dərəcə aşağı salıb.
Maide.az xəbər verir ki, bu Maliyyə xidmətləri Agentliyi cümə günün yaydığı hesabatda Ərəbistan rejiminin maliyyə balansının “kəskin mənfi dinamikası”-na toxunaraq, yazıb: Neft gəlirlərindən yüksək asılılıq və hazırki dəyişməz xərclər Ərəbistanın ümumi maliyyə aktivlərinin kövrək olmasına səbəb olacaq.
"Standard and Poors"-un proqnozlarına əsasən, Ərəbistan rejiminin büdcə kəsiri 2015-ci ildə ölkənin ÜDM-da 16%-qədər artacağı və keçən illə müqayisədə 1.5% çox olacağı gözlənilir.
Ərəbistan keçən ilki öz büdcə kəsirini 17.5 milyard dollar elan etmişdi.
Lakin, Beynəlxalq Valyuta Fondunun statistikası onu göstərir ki, cari ildə Ərəbistanın büdcə kəsiri 130 milyard dollar təşkil edəcək.
BVF daha əvvəl də neftin qiymətinin enməsinə toxunaraq bildirmişdi ki, Ərəbistanın maliyyə aktivləri növbəti 5 il ərzində tükənə bilər. 
Səudiyyə rejiminin ehtiyat fondundakı vəsait neft qiyməti aşağı düşdükdən sonra 73 milyard dollar azalıb.  Səudiyyə Ərəbistan Yəməndəki cinayətlərinin xərclərini ödəmək üçün artıq bondlar satışa çıxarmağa başlayıb. /
 

Google+ WhatsApp ok.ru