Səudiyyə rejimi Ayətullah Nimrin cənazəsini ailəsinə təhvil vermir

Bu gün böyük Əhli-beyt (ə) alimi Ayətullah Şeyx Baqir Nimrin edamından sonra Səudiyyə rejimi Əhli-beyt (ə) davamçılarının sıx yaşadığı Şərqi Ərəbistanda Qətif bölgəsinə zirehli texnika yeridib.
 
Maide.az PressTV-yə istinadən xəbər verir ki,Səudiyyə rejiminin bütün qüvvələri ölkədə mümkün nümayişləri yatırtmaq üçün hazır vəziyyətə gətirilib.
 
Eyni zamanda Səudiyyənin digər əyalətlərində də rejimin təhlükəsizlik qüvvələri hazır vəziyyətə gətirilib. Qətif bölgəsinə isə 100-dən çox zirehli texnikanın daxil olduğu bildirilir.
 
Qətif bölgəsində bu gün yerli vaxtla saat 14:15-də  Surə xiyabanında etiraz aksiyası keçirməyi planlaşdırmış. /
 
 
Səudiyyə rejimi Ayətullah Nimrin cənazəsini ailəsinə təhvil vermir

Səudiyyə rejimi bu gün səhər şəhid edilən Şeyx Nimrin cənazəsini ailəsinə verməyəcəyini açıqlayıb.

Maide.az İQNA agentliyinə istinadən məlumat verir ki,  Səudiyyə rejimi həmçinin şəhid Şeyx Nimrin cənazəsinin dəfn edilməsi məqsədi ilə hər hansı bir mərasimin keçirilməsinə icazə verməyib.

Səudiyyə rejimi Ayətullah Şeyx Nimrin  terrorist olduğunu iddia edərək cənazəni verməkdən boyun qaçırıb. 

 
 
 

Google+ WhatsApp ok.ru